Prezident baş rəssamı mükafatlandırdı

Sərəncamda deyilir ki, Gəncə şəhərinin sosial-mədəni həyatında fəal iştirakına görə Şərif Hacı oğlu Şərifova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Ş.Şərifov Gəncənin baş rəssamıdır.