Azərbaycanda “Xalq” və “Əməkdar” fəxri adı alanların sayı açıqlandı

Dövlət Statistika Komitəsindən bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən, 221 nəfər “Xalq” fəxri adına görə, 2 517 nəfər isə “Əməkdar” fəxri adına görə təqaüd alır.
Qeyd edək ki, “Xalq” fəxri adına görə 100, “Əməkdar” fəxri adına görə isə hər ay 60 manat ödənilir.