Azər Xəlilovun qardaşı da televiziya rəhbəri oldu

Azər Xəlilovun qardaşı da televiziya rəhbəri oldu CBC telekanalına yeni baş direktor təyin edilib.

Bu vəzifəyə Vüqar Xəlilov təyin olunub.

ATV telekanalının prezidenti, CBC TV-nin keçmiş baş direktoru Azər Xəlilov faktı təsdiqləyib.

Onun sözlərinə görə, bu gün CBC telekanalının təsisçisi, “SOCAR Media” İctimai Birliyinin sədri Xalik Məmmədov V. Xəlilovu kollektivə təqdim edib.

Qeyd edək ki, təcrübəli jurnalist Vüqar Xəlilov Azər Xəlilovun qardaşıdır.
Geri qayıt