Xalq artisti İNSULT KEÇİRDİ: Həkimlər aktrisaya QADAĞA QOYDU

Xalq artisti İNSULT KEÇİRDİ: Həkimlər aktrisaya QADAĞA QOYDU Azərbaycanın xalq artisti, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisalarından olan Pərvanə Qurbanovanın səhhətində problemlər yaranıb.

Xalq artisti açıqlamasında bildirib ki, bu il may ayının 18-də yüngül insult keçirib: "2 aydan çoxdur ki müalicə olunuram. İndi özümü yaxşı hiss edirəm. Amma həkimlər tamaşalarda, seriallarda oynamağa, hələ ki, icazə vermirlər. Stressdən, əsəbdən uzaq olmalıyam. Qurban bayramından sonra, yəqin ki, işə çıxacam".

Pərvanə Qurbanova deyib ki, seriallarda oynamaq üçün ona dəvətlər gəlir: "Amma, hələ ki, seriallarda oynayıb-oynamamaq qərarını tam verməmişəm. Həkimlərimlə məsləhətləşməliyəm".

Qeyd edək ki, 1965-ci il təvəllüdlü xalq artisti "Pərvanələrin rəqsi" serialında oynadığı qayınana obrazı ilə tamaşaçılar tərəfindən sevilib.
Geri qayıt