Gürcü rejissorun filmi Kopenhagendəki festivalda nümayiş olunacaq

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu, Elena Mikaberidzenin Zuqdididə, işğal xəttinin yanında bir ailənin necə yaşadığından bəhs edən filmidir.
Ailə sabah nə olacağını bilmədən uşaq böyüdür, ailəvi hotel işlədir, göyərti plantasiyası əkir.
Elene Mikaberidze deyir: “Film yaşamaq, qeyri-sabit vəziyyətdə olan ölkədə böyümək, hələ də arzu etməkdən bəhs edir”.