Azərbaycanın xalq artisti vəfat etdi

Mədəniyyət

Azərbaycanın xalq artisti, Azərbaycan Xoreografiyasının korifey sənətkarı Xumar Zülfüqarova vəfat edib.

Görkəmli Azərbaycan rəqqasəsi, baletmeyster, Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı Xumar Zülfüqarova dünən axşam saatlarında 90 yaşında dünyasını dəyişib.

Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub.