Azərbaycanı dünyaya tanıtdı: izlənmə sayı 1 milyardı keçdi

Mədəniyyət

Azərbaycanın ən çox abunəyə sahib olan "YouTube" kanalı "Kənd Həyatı"nın ümumi izlənmə sayı 1 milyardı ötüb.

Kanalın izlənmə sayı 1 mlrd 28 mln 512 min 306 olub.

Qeyd edək ki, Azərbaycanın dünyada məşhur olan "Kənd həyatı" kanalının abunəçilərinin sayı 4,55 milyondur. Videolar Qusarın Hil kəndində yaşayan ailə tərəfindən hazırlanır. Süjetlərin məzmunu Əzizə Rəmixanovanın öz bostanında yetişdirdiyi məhsullardan yeməklərin hazırlanmasından ibarətdir.