Şuşada Vaqif Poeziya Günləri başlayır

Mədəniyyət

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya günləri Şuşa işğaldan azad edildikdən sonra doğma şəhərində ilk dəfədir təşkil olunur. 

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçiriləcək tədbir iki gün davam edəcək. 

Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium, sərgilərin açılışı olacaq.