Arif Quliyevin vəziyyəti ağırlaşdı: "Ağ ciyəri 99 faiz buzlaşıb"

Mədəniyyət

Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Quliyev koronavirus infeksiyasına yoluxub.Aktyorun oğlu Rövşən "Elgizlə izlə" proqramına telefonla zəng edərək atasının səhhətinin ağırlaşdığını bildirib:
"Çox pisdir. Ağ ciyəri 99 faiz buzlaşıb, aparatlara qoşulub. Yaxşı idi, indi çox pisləşdi. Vəziyyəti ağırlaşıb, atam üçün dua edin".