Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”
- 24-11-2020, 11:10
- 1 097
Bu sözləri Xalq artisti Rafiq Hüseynov (Rəmiş) ATV telekanalında yayımlanan "7 Canlı” verilişində qonaq olarkən söyləyib.
Ata yurdu Ağdamdan danışan Rəmiş oranın işğaldan azad olunduğu gün ağladığını bildirib:
"Dəcəl uşaq idim. Atam kolxoz sədri olub. Ona görə də bizim yaylağımız Abdal Gülablı, qışlağımız Ağdam idi. Sonra Bakıya gəldim, musiqi məktəbində oxudum. Qarabağın suyu, otu, daşı-divarı muğam idi. Hər bir qarabağlının evində musiqi aləti var idi. Torpaqlarımızın azad olunmağını eşidəndə özümü saxlamaq istədim, amma olmadı. Gözümün yaşı axırdı. Bu hissləri demək mümkün deyil”.