Xalq artisti Rafael Dadaşov vəfat etdi

Mədəniyyət

Xalq artisti Rafael Dadaşov vəfat edib...
Bu haqda Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.