“Murad Dadaşov hansı obrazına görə Xalq artisti olub?”
- 19-02-2020, 18:52
- 1 756
Bu sözləri Kulis.az-a müsahibəsində aktyor Kamran Yunis deyib. O, Murad Dadaşovun ünvanına tənqidlər səsləndirib:
“İllərlə oturub düşünürəm ki, niyə və nəyinə görə veriblər bu adı sənə? Rəhmətlik Habil Əliyev demiş, yaxşı, verirdilər bəs sən niyə götürürdün? Həsənağa Turabov, Həsən Məmmədov, da Xalq artistidi, Murad Dadaşov da? Heç olmasa o sənətkarların ruhundan utanmırmı? Aktyor deyil.
Ola bilər yaxşı insandır, yaxşı şoumendir. Amma "Xalq artisti" deyil axı, başınıza dönüm. Murad Dadaşov bu günə qədər hansı obrazı yaradıb? Müslüm Maqomayeva verilib ey bu ad. Heç nə etməyə-etməyə adama necə Xalq artisti adı vemək olar?”.