Telli Pənahqızından “Space”ə sərt reaksiya: "Bəs şərəf, kişilik, qeyrət…"

Mədəniyyət

Telejurnalist Telli Pənahqızı “Space” televiziyasında efirə gedən görüntülərə sərt reaksiya verib.

Xanım telejurnalist sosial şəbəkədə aşağıdakı fotoşəkilləri paylaşaraq bu sözləri qeyd edib:

– Deyək ki, bu xanım özünə, tamaşaçılara hörmət etmir, çünki, tərbiyəsi buna çatır. Bəs, “Space”in rəhbərliyi, orada ağlı başında olan kişilər necə özlərinə rəva görürler bu biabırçılığı? Onsuz da hər şeyin meyarı puldur deyəcəksiniz. Bəs şərəf, kişilik, qeyrət… azərbaycançılığımızı harda dəfn etdiniz?