Musa Yaqubun vəfatı ilə bağlı xəbər yalan çıxdı
- 4-07-2019, 14:32
- 1 255
M.Yaqubun qızı Yaqut Yaqub Oxu.Az-a açıqlamasında xəbərin yalan olduğunu bildirib.
Qeyd edib ki, dünən 82 yaşlı şairin təzyiqi qalxıb, lakin hazırda səhhəti yaxşıdır.
“Atam özünü əvvəlkindən də yaxşı hiss edir”, - deyə şairin qızı vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Prezident İlham Əliyev Musa Yaquba “Xalq şairi” fəxri adı verilməsi ilə bağlı sərəncam imzalayıb.