İlham Əliyev ailəsi ilə ümumxalq şənliyində
- 18-03-2017, 10:53
- 2 272
xalqxeber.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Bahar qız dövlət başçısına səməni təqdim edib. Prezident Novruz tonqalını alovlandırıb.
Dövlət başçısı bayram şənliyində nitq söyləyib.
Sonra İlham Əliyev və xanımı Dənizkənarı Milli Parka gəliblər. Kosa və Keçəl Prezident və xanımını bayram münasibətilə təbrik ediblər, yumurta döyüşdürüblər, bayram konsertinə baxdılar.
Dövlət başçısı və xanımı “Novruz” yarmarkası ilə tanış olublar.