Xalq artisti dünyasını dəyişdi
- 9-05-2019, 12:40
- 1 374
Bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında Arif Məlikovun vida mərasimi keçiriləcək.
Qeyd edək ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru olub. “Şöhrət”, “İstiqlal”, “Heydər Əliyev” ordenlərinə layiq görülüb.