"Manıs tayfası bir-birinə "usta" deyir" - əməkdar artist

Mədəniyyət

“Manıs tayfası bir-birinə "usta" deyir. Onların hamısı üçgünlük toy çalanlardır. Usta sözünü eşidəndə ya dəmirçi, ya da konalizasiya işçisi ağlıma gəlir”.

Məlumata görə, bu sözləri əməkdar artist Natiq Şirinov “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

Nağara ifaçısı özünə “usta musiqiçi” deyənləri ələ salıb:

"Usta başqa, ustad başqa ifadədir. Şou-biznesdə olmaq hər musiqiçinin işi deyil. Mən şouyla məşğulam. Nağara ilə şou göstərirəm. Şou oturub sənətini nümayiş etdirməkdir. İndi bəzilərinin şousu meymunluq etməkdir".