Həsənağa Sadıqov vəfat etdi

Mədəniyyət

Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov vəfat edib.

Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. 67 yaşlı sənətkar uzun müddət idi ki, yataqda müalicə olunurdu.

Həsənağa Sadıqov Salyan şəhərində müğənni ailəsində dünyaya göz açmışdı. O, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb.

1988-ci ildə H.Sadıqova Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdi. Onun köməklik və təşəbbüsü ilə “Mahirlər” ailə ansamblı yaradılıb və bu gün də fəaliyyət göstərir.

Həsənağa Sadıqov Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib.