Onlar İTV-nin direktoru olmaq istəyir - Siyahı

Mədəniyyət

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.

Milli Teleradio Şurasının saytına istinadən xəbər veririk ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 iddiaçı sənədlərini təqdim edib.