Xalq artistinin biznesmen əri: “Mənim icazəm yoxdur ki, onun…”
- 6-04-2018, 16:00
- 2 240
Xanımının səhnədə olacağını bildirən Gərmrudi Yenicag.az-a Aygünün əvvəl səsinə, sonra isə şəxsiyyətinə vurulduğunu, eyni zamanda, onun sənətinə qadağalar qoymadığını deyib.
“Aygün xanıma qadağalarım yoxdur. O, mənimlə ailə qurmazdan əvvəldə efirlərdə az-az görünürdü. Çünki, fərqli xarakteri var, şoudan uzaq sənətçidir. O özü də bilir ki, mən də musiqiyə şou kimi baxmıram. Əslində, Aygün xalqın payıdır. Mənim icazəm yoxdur ki, onun sənətinə qarışım”.
Aygünün evdarlıq qabiliyyətindən danışan əri onun bişirdiyi yeməkləri də tərif edib: “Aygün sənətdə olduğu kimi, mətbəxdə də çox bacarıqlıdır. Xüsusən də Qarabağ plovunu gözəl bişirir”.