Xalq artistinin səhhəti yenidən pisləşdi
- 20-12-2017, 13:39
- 1 606
Bu barədə Xalq artisti özü məlumat verib. O, vəziyyətinin yaxşı olmadığını deyib.
“Bir müddət ağrılarım səngimişdi. Ayaqlarımda və belimdə yenidən ağrılar baş qaldırıb. Ağrılar o qədər şiddətlənib ki, evdə qala bilmirəm, xəstəxanaya yerləşdiriləcəyəm".
Xalq artisti maddi durumunun da yaxşı olmadığını söyləyib: "İşləmirəm, gəlirim yoxdur. Məni bütün hallarda sağlamlığım maraqlandırır. Qalanları boş şeydir. İndi bacılarım yanımda qalır. Onlar mənə qulluq edirlər”.
Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.