Rasim Balayev müalicə üçün Türkiyəyə göndərilir

Mədəniyyət

Azərbaycanın xalq artisti Rasim Balayev müalicə olunmaq üçün Türkiyəyə gedəcək.
Bu barədə "Report"a xalq artisti özü məlumat verib.
O, Türkiyəyə noyabrın 22-də yollanacağını, müalicəsinin xərclərinin Azərbaycan dövləti tərəfindən ödəniləcəyini deyib: "İstanbula gedirəm. Xəstəxananın adını hələ bilmirəm. Müalicəm vaxtı Bakıdakı demək olar ki, bütün xəstəxanaları gəzmişəm, hara göndərdilər ora da gedirdim.".