Tanınmış şairimiz xəstəxanaya yerləşdirildi

Mədəniyyət

Tanınmış şair Rüstəm Behrudi özəl xəstəxanaların birinə yerləşdirilib. O, bu saatlarda əməliyyat olunacaq.

Yenicag.az xəstəxana ilə əlaqə saxlayıb. Şairin həkimi Cəfər Nəsirli xəbəri təsdiqləyib:

"Bu dəqiqələrdə Rüstəm Behrudi əməliyyata hazırlanır. O, əzələ yırtığından əziyyət çəkir. İnşallah, əməliyyat uğurla keçəcək”.

Qeyd edək ki, Rüstəm Behrudi bundan öncə ağır ürək əməliyyatı da keçirib.