Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq
- 1-11-2017, 13:55
- 58 424
Bu barədə Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Vida mərasimi saat 10:00-dan 12:00-dək davam edəcək.
Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.
Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.