Könül Xasıyeva: Artıq yeni evimə köçmüşəm
- 24-10-2017, 15:07
- 61 681
Oxu.Az-ın əməkdaşı xanəndə ilə əlaqə saxlayaraq, təəssüratlarını öyrənib.
“Mənzilin açarı bu gün saat 11:00-da mənə təqdim olundu. Artıq yeni evimə köçmüşəm. Üçotaqlı, tam təmirli mənzil Heydər Əliyev Mərkəzinin yaxınlığındadır. Ulu öndərimizin adını daşyan məkana yaxın olması mənim üçün xüsusilə xoş oldu. Arzum budur ki, bu mənzildə bəzənib-düzənərək, Heydər Əliyev Sarayında konsert verim. Məni diqqətdə saxladığına görə Mehriban xanıma, Leyla xanıma və prezidentimizə təşəkkür edirəm”, - deyə K.Xasıyeva bildirib.
O, səhhəti barədə də açıqlama verib: “Hazırda müalicəm davam edir. Bu gün həm də çox həyəcan hissi keçirdim”.