Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi

Mədəniyyət

Xalq artisti Könül Xasıyevaya ev hədiyyə edilib.

Məlumata görə, Heydər Əliyev Fondunun prezidenti, Birinci Vitse-Prezident Mehriban Əliyevanın tapşırığı ilə fond tərəfindən xalq artistinə ev hədiyyə olunub.

Könül Xasıyeva açıqlamasında xəbəri təsdiq edərək çox sevindiyini qeyd edib: “Birinci xanım Mehriban Əliyevaya çox təşəkkür edirəm. Çox sevincliyəm, danışa bilmirəm…”