Əbülfəs Qarayev əmr imzaladı: bu teatrlarda kadr dəyişikliyi oldu
- 3-10-2017, 10:17
- 63 786
Əmrə əsasən, Namiq Qaffarov Şəki Dövlət Dram Teatrının direktoru, Oruc Qurbanov Lənkəran Dövlət Dram Teatrının, Sərvər Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının, Novruz Cəfərov Ağdam Dövlət Dram Teatrının baş rejissoru vəzifələrinə təyin edilib.
Yeni təyinatlar yerlərdə teatr sənətinin inkişafına öz töhfəsini verəcək və yaradıcılıq baxımından daha da uğurlu layihələrin meydana çıxmasına şərait yaradacaq.