Nazirlik direktoru cəzalandırdı, müavini isə işdən çıxarıldı
- 29-09-2017, 16:19
- 104 569
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxməmmədov məlumat verib:
“Teatrın direktoruna töhmət verilib. Buna səbəb isə İftixar Piriyevin əməkdaşların davamiyyətinin tənzimlənməsinə nəzarət edə bilməməsidir. Teatrın direktor müavini Həsən Həsənov isə öz ərizəsi ilə işdən azad olunub. Baxmayaraq ki, iki ay öncə onun müqaviləsi uzadılmışdı. Ancaq o, öz ərizəsi ilə işdən azad edildi. Onu da qeyd edim ki, yoxlama müddətində heç bir əməkdaş işdən azad olunmayıb”.
Qeyd edək ki, son günlər İrəvan Dövlət Azərbaycan Dram Teatrında bir neçə dəfə gərginlik yaşanmışdı.