Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

Mədəniyyət

 Sabah Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.

Üç gün davam edəcək tədbirlər çərçivəsində Arkadağ və Aşqabad şəhərlərinin sakinləri Azərbaycanın zəngin mədəni irsi, musiqi sənəti və yaradıcı ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Proqramda konsertlər, sərgilər və müxtəlif mədəni tədbirlər nəzərdə tutulur.

Bu layihə iki qardaş ölkə arasında humanitar əlaqələrin daha da möhkəmləndirilməsinə, eləcə də mədəni dialoqun genişlənməsinə xidmət edir.