“Qorxma, mən səninləyəm” filminin baş rol ifaçısı öldü

Mədəniyyət

Rusiyanın xalq artisti, “Qorxma, mən səninləyəm” filminin baş qəhrəmanlarından olan Muxtarbek Kantemirov dünyasını dəyişib.

Rusiya KİV-nə istinadən xəbər veririk ki, aktyor 83 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, aktyor bir çox filmlərdə çəkilsə də, ona məşhurluq qazandıran Yuli Qusmanın çəkdiyi və baş rollarını Polad Bülbüloğlu ilə paylaşdığı “Qorxma, mən səninləyəm” filmi olub.