Onlara 5 illik musiqi təhsili tələbi qoyuldu
- 3-03-2026, 16:30
- 23 106
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, qəbul olunmuş qərara əsasən, 2027/2028-ci tədris ilindən etibarən vokal sənəti ixtisasının xanəndəlik və milli vokal sahələri üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin qeydiyyatı zamanı ən az 5 illik musiqi təhsili sənədi tələb olunacaq.
Qeyd etmək istəyirik ki, bu il, yəni 2026/2027-ci tədris ilində vokal sənəti ixtisasının xanəndəlik və milli vokal sahələri üzrə ali təhsil müəssisələrinə qəbul əvvəlki illərdə olduğu kimi musiqi təhsili haqqında təhsil sənədi olmadan aparılacaq.
Bu qərar orta ixtisas təhsili müəssisələrinin vokal sənəti ixtisasına qəbul şərtlərinə şamil edilmir.