Romada Eldar Mansurovun simfonik musiqisinə həsr olunmuş konsert keçirilib
- 29-05-2025, 12:14
- 1 006
Konsert proqramında bəstəkarın 11 simfonik əsərisəsləndirilib. Dirijor Fuad İbrahimovun rəhbərliyi ilə təqdimolunan musiqi əsərlərində milli motivlər klassik musiqi iləbirləşərək tamaşaçılara zəngin musiqi təcrübəsi yaşadıb.
Tədbirdə diplomatik nümayəndəliklərin üzvləri, musiqixadimləri, İtaliyada yaşayan azərbaycanlılar və yerlitamaşaçılar olmaqla təxminən min nəfər iştirak edib.
Konsertin sonunda Eldar Mansurov səhnəyə çıxaraqdinləyicilərə və tədbir iştirakçılarına minnətdarlığını bildirib, həmçinin Müstəqillik Günü münasibəti ilə bütünsoydaşlarımızı təbrik edib:
“Bu gün mənim üçün xüsusi əhəmiyyət kəsb edir. MusiqimləAzərbaycanın müstəqilliyini Romada qeyd etmək həmməsuliyyətli, həm də qürurvericidir. Bu unudulmaz gecənintəşkilində əməyi keçən hər kəsə və bizi dinləməyə gələntamaşaçılara minnətdarlığımı bildirirəm.”
Bu konsert Azərbaycan musiqisinin beynəlxalq arenadatanıdılması və Azərbaycan-İtaliya mədəni əlaqələrininmöhkəmlənməsi baxımından əlamətdar hadisə kimi yadda qalıb.