Mədət Quliyev film təqdimatında - Fotolar

Mədəniyyət

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Mədət Quliyev “Ağanatiq” komediyasının təqdimatında iştirak edib.

xalqxeber.az xəbər verir ki, M. Quliyev tədbirə olimpiya çempionu Elnur Məmmədli ilə gəlib.

Qeyd edək ki, komediyanı əməkdar artist Cabir İmanov çəkib.

Oktyabr ayında çəkilişlərinə start verilən filmdə Cabir İmanov, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Tahir İmanov və başqaları yer alıb.