İşsiz qalan Azər Axşam bu kanalda çalışacaq
- 13-01-2024, 14:49
- 1 073
Aparıcı-aktyor Azər Axşam "Kanal S"də çalışacaq.
Bu haqda müğənni Roza Zərgərli "Xəbərin var?" verilişində deyib. O bildirib ki, Azərin verilişi yaxın günlərdə yayımlanacaq.
Roza əlavə edib ki, aparıcı Mikayıl Güləddinoğlu və Lətafət Ələkbərova da sözügedən kanalda fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Azər bundan əvvəl ATV-də çalışırdı. (Axşam)