SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kamran Əliyev Vaqif Əsədova QARŞI

Kamran Əliyev Vaqif Əsədova QARŞI

Tarix:

4-07-2017, 10:14

/ 64 002 dəfə oxundu.
Kamran Əliyev Vaqif Əsədova QARŞI

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Xətai rayonu, Nobel prospektində piyada zolağının ləğv olunmasından danışıb.
Bu barədə BiG.AZ saytına danışan Vaqif Əsədov məsələnin məsuliyyətini Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin üzərinə atıb:
“Jurnalistlər bu məsələ ilə bağlı bugün mənə dəfələrlə zəng ediblər. Mən də onlara dəfələrlə demişəm ki, bu məsələyə Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev baxır. Ondan soruşun. Mən heç nə bilmirəm”.
Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə açıqlama verərək həmkarını yalanlayıb:
“Xeyr, bu məsələ bizim səlahiyyətimizdə olan məsələ deyil. Xahiş edirəm ki, Vaqif müəllimin özü ilə danışın. Səhv edib zənginizə cavab vermədik. Xahiş edirəm onunla danışın”.
Qeyd edək ki, bir neçə gün öncə buzadırmanma üzrə dünya çempionu Reyhan Məmmədova Xətai rayonu, Nobel prospektində yolu keçərkən qəzaya düşərək dünyasını dəyişib. Onun ölümündən sonra isə sözügedən piyada zolağı qaralanaraq ləğv edilib. Bu isə sosial mediada ciddi müzakirələrə səbəb olaraq etirazlarla müşahidə edilib.

Şərhlər

XƏBƏR LENTİ