SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İcra Şöbəsindən nazirə şikayət olundu – MƏTN

İcra Şöbəsindən nazirə şikayət olundu – MƏTN

Tarix:

20-01-2017, 12:59

/ 2 165 dəfə oxundu.
İcra Şöbəsindən nazirə şikayət olundu – MƏTN

Həmin yazıda bildirilirdi ki, ötən il edənmüraciət vətəndaşların “MSN Tour” və “Dora Tourism” şirkətlərindən şikayətləri ilə bağlı silsilə yazılar dərc olunmuşdu. Həmin yazılarda Hamlet İsaxanlının qardaşıoğlu Turan İsayevin təsis etdiyi, direktoru isə onun həyat yoldaşı (və ADU-nun prorektoru Əfqan Abdullayevin qızı – red.) Cəmalə İsayeva olan “MSN Tour”un üçillik turizm xidmətlərinə dair müqavilə bağlamaqla vətəndaşlardan pul alması, lakin sonradan bu şəxslərin “qeybə çəkilməsi” qeyd olunurdu.

Ayrı-ayrı vaxtlarda müraciət edən Anar İsayev və Rüstəm Piriyev adlı vətəndaşlar direktoru Cəmalə Əfqan qızı İsayeva, sahibi isə Turan Sultan İsayev olan “MSN Tour” şirkəti tərəfindən aldadıldıqlarını bildiriblər.

Bu günlərdə isə Ramin Məmmədov adlı vətəndaş müraciət edib və bildirib ki, o da “MSN Tour” tərəfindən aldadılıb, hətta məhkəmədə də qalib də gəlib, lakin məhkəmə qətnaməsi bir ilə yaxındır icra olunmur.

R.Məmmədov yanvarın 19-da bildirdi ki, məsələ ilə bağlı Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıb və Yasamal Rayon İcra Şöbəsinin hərəkətsizliyi ilə bağlı tədbir görməsini xahiş edib.

Həmin müraciətin mətnini oxuculara təqdim edirik:

Siz daim vətəndaşların müraciətlərinə həssas yanaşmış, xüsusilə də, məhkəmə qətnamələrinin icrası ilə bağlı problemlərin tez bir zamanda həllinə çalışmısınız.

Mənim Sizə müraciətim Yasamal İcra Şöbəsində Yasamal RM-in 29 fevral tarixli qətnaməsinin icrası ilə bağlı göstərilən hərəkətsizliklə bağlıdır.

Hörmətli Fikrət Məmmədov!

Bildirirəm ki, mən 2015-ci ildə Turan İsayev və Cəmalə İsayevanın təsis etdiyi “MSN Tour” MMC şirkəti tərəfindən qurulan turizm fırıldağının qurbanı olmuşam.

Bu adamlar məni yoldaşım və körpə uşağımla yalançı otel rezervasiya vauçerlərilə xaricə, İtaliyaya yola salmışdılar. Körpə uşağımla hotel foyelərində qalıb yeni rezervasiyaları, boş hotel yerlərini şəxsən özüm axtarıb tapmalı olmuş, hesablarını da özüm ödəmişdim.

Onlar nə telefonlarını açır, nə də emaillərinə göndərdiyim mesajlara cavab verirdilər. Uçuş biletlərini almalı olduqlarına baxmayaraq məni aldadıb bileti özümün alması və sonradan müvafiq məbləği geri qaytaracaqları ilə aldatmışdılar. Səfərdən qayıdandan sonra (2015-ci ilin yay aylarında) bütün xərclərimi geri qaytamağı tələb etdim, hüquq mühafizə orqanlarına şikayət edəcəyimi söylədim, lakin mənə yalandan vədlər verib guya həmin vaxtlar “Texnikabank”dakı hesablarının dondurulması ucbatından heç bir ödəniş edə bilmədiklərini bidirirdilər.

2015-ci ilin sonlarında məhkəməyə üz tutdum, və 2016-cu il fevralın 29-da Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən 3515 manat mənə qaytarmalı olduqları qeyd edildi – burada 3000 manat mənim etdiyim ödəniş, 515 manat isə mənə dəyən mənəvi ziyanın və məhkəmə xərclərinin ödənilməsi ilə bağlı idi. Qeyd edim ki məhkəmə gedişatı özü 4-5 ay çəkmişdi və bu adamların heç birini tapmaq mümkün olmamışdı. O gündən bu yana, icraçı Samir Osmanov da mənə bildirir ki, Turan İsayev ölkəni tərk edib, “MSN Tour” MMC-nin direktoru Cəmalə Əfqan qızı İsayevanı isə tapa bilmir.

Mən təsadüfən ölkə mətbuatında Qafqaz Xəbər Agentliyinin apardığı araşdırmalara rast gəldim.

Məqalələrdən məlum oldu ki, Turan İsayev və Cəmalə İsayeva 2016-cı ilin ortalarına qədər başqa-başqa şirkət adları ilə adamları aldatmağa davam edirmişlər.

Həmin araşdırma yazılarında qeyd olunur ki, Cəmalə İsayeva Azərbaycan Dillər Universitetinin prorektoru Əfqan Abdullayevin qızıdır.

Lakin onun indiyə qədər “tapılmaması” bir sıra suallar doğurur. Çox güman ki, Əfqan Abdullayev hansısa əlaqələr vasitəsilə qızı Cəmalə İsayevanı məsuliyyətdən kənarda tutmağa çalışır. O müqavilələri imzalayan, direktor kimi məsuliyyət daşıyan Cəmalə İsayeva məhkəmə qətnaməsinin icrasında da məsuliyyət daşıyır.

Sizdən xahiş edirəm ki, məsələnin tez bir zamanda həll olunması, Cəmalə Əfqan qızı İsayevadan mənə dəyən zərərin alınması üçün öz köməkliyinizi göstərəsiniz.

Hörmətlə, Ramin Nəriman oğlu Məmmədov”.

Qafqaznews

Şərhlər

XƏBƏR LENTİ