SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezident Administrasiyasından bu icra başçılarına müdhiş göstəriş

Prezident Administrasiyasından bu icra başçılarına müdhiş göstəriş

Tarix:

20-01-2017, 00:10

/ 2 793 dəfə oxundu.
Prezident Administrasiyasından bu icra başçılarına müdhiş göstəriş

Hakimiyyət iqtisadi islahatları gücləndirir

Əldə etdiyimiz məlumata görə, bürokratik əngəllərin aradan qaldırılması üçün mühüm addımlar atılır.

Bu məqsədlə rayon icra hakimiyyətlərinə tapşırıqlar verilib. Prezident Administrasiyasından gələn təlimata görə, yerlərdə vətəndaşların şikayətlərinə həssaslıq nümayiş etdirilməlidir.

İlin sonuna qədər hansı rayon icra hakimiyyətindən PA-ya daha çox şikayət daxil olarsa, həmin bölgənin icra başçısı cəzalanacaq. Hələ ötən il PA rəsmiləri bildirmişdilər ki, icra hakimlərinin fəaliyyətinə bu kontekstdə qiymət veriləcək.

2017-ci il iqtisadi cəhətdən Azərbaycan üçün asan olmayacaq. Hakimiyyət dairələri analiz edərək regionlarda əhalinin ayaqlanmasının qarşısını almağa, bürokratik əngəlləri, məmur özbaşınalığını sıfıra endirməyi planlaşdırıb.

Çünki hansısa əyalətdə etiraz aksiyası dalğavari yayıla bilər və qarşısıalınmaz prosesə çevrilər. O baxımdan PA-dan icra başçılarına verilən göstərişdə camaatın problemlərini dinləmək tapşırılıb.

Əldə etdiyimiz məlumata görə, PA-nın regionlar üzrə kuratorları icra başçılarına prezidentin onların fəaliyyətindən ciddi şəkildə narazı olduğunu çatdırıb. Hətta RİH-lərin ləğvinin kifayət qədər real olduğunu açıqlayıb.

İcra başçıları yerlərdə Prezidentin bütün tapşırıqlarını yerinə yetirməyə və fəaliyyətlərini qanun əsasında qurmağa borcludurlar.

Bəzən ayrı-ayrı icra başçıları, onların fəaliyyətləri ilə bağlı neqativ məqamlar işıqlandırılır və gündəmə gətirilir. Cənab prezident də onlar barəsində öz mövqeyini ortaya qoyur.

Amma ümumilikdə icra hakimiyyəti orqanlarının ləğv olunması, onların əvəzinə vilayətlərin yaranması hələlik “dəhliz”lərdə danışılan fikirlər, müzakirələrdir.

Vilayətlərin yaradılmasında məqsəd mərkəzi hakimiyyətin yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır.

Hesablamalara görə, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda bir vilayət rəhbərliyinin saxlanılması üçün tam yetərlidir.

İkincisi, nazirliklərin yerli şöbələrinin də birləşdirilməsi nəzərdə tutulur ki, bu da büdcə xərclərinə əhəmiyyətli dərəcədə qənaət imkanları yaradır. Nəhayət, vilayətlərin idarəetmə xərcləri mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına qarşılanacaq.

Görünür ki, vilayətlərin yaradılması da ilin ortalarına təsadüf edəcək. Hökumət mərhələli şəkildə anti-böhran tədbirlərini həyata keçirir. Əldə etdiyimiz siyahıya görə, son zamanlar ən çox şikayətlər Neftçala, Xızı, Masallı-Lənkəran, Lerik, Sabirabad və Zərdab, Göyçay və Hacıqabul, Gəncə, Binəqədi və Yasamal rayon icra hakimiyyətlərindən daxil olur.

Şərhlər

XƏBƏR LENTİ