SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dəbdəbəli toylarla gündəmə gələn məmurlar – Bəs onlarla vergi məsələsi necə müəyyənləşdiriləcək?

Dəbdəbəli toylarla gündəmə gələn məmurlar – Bəs onlarla vergi məsələsi necə müəyyənləşdiriləcək?

Tarix:

18-11-2019, 15:15

/ 1 053 dəfə oxundu.
Dəbdəbəli toylarla gündəmə gələn məmurlar – Bəs onlarla vergi məsələsi necə müəyyənləşdiriləcək?

Xəbər verdiyimiz kimi, Milli Məclisin bir neçə gün əvvəl keçrilən iclasında deputat Qüdrət Həsənquliyev müğənnilərə tətbiq olunan vergi məsələsinə toxunub. Millət vəkili həmin verginin artırılmalı olduğunu deyib:
“Hamımız bilirik ki, elə artistlər var ki, 10-14 min manata toya gedir. 30 manat vergi onlar üçün nə sadələşdirilmiş vergi ola bilər ki? Çəkməçidən 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat?! Bu nə dərəcədə ədalətli vergi qoymadır?”

İqtisadçı ekspert Natiq Cəfərli isə saytımıza açıqlamasında müğənnilər üçün 30 manat verginin az olduğunu deyib. O bildirib ki, bu məsələni ədalətli tənzimləmək üçün müğənni ilə onu toya çağıran arasında rəsmi müqavilə imzalanmalıdır:

“30 manat vergi sözsüz ki, azdır, amma bunun da bir qanuni yolu olmalıdır. Göydəndüşmə bir rəqəmlə bunu tənzimləmək mümkün deyil. Müqavilə mədəniyyəti olmalıdır. Bu isə açığı, çox çətin görünür. Çünki toy sahibi əgər müğənni ilə müqavilə bağlayacaqsa, ondan da sual olunacaq ki, “sən o pulu hardan alıb müğənniyə verirsən?” Bu çox dalana dirənmiş bir məsələdir”.

Bəs görəsən, övladlarına, qohumlarına dəbdəbəli toy, nişan mərasimi təşkil edən, dəvət etdiyi müğənnilərə pul səpən məmurlarla, deputatlarla müğənnilər arasında rəsmi müqavilə necə imzalanacaq? Onların həmin ifaçılara nə qədər pul verdiyini kimlər müəyyən edəcək? Çünki onlar nəinki müğənnilərə verdiyi qonorarı gizlədirlər, hətta toyla bağlı mətbuatda gedən məlumatları belə sildirməyə cəhd göstərirlər.

“Yeni Sabah” son illərdə bəzi məmurların, deputatların övladları, qohumları üçün etdikləri dəbdəbəli toy, nişan məclisləri və dəvət etdikləri müğənnilər haqda maraqlı məlumatları təqdim edir:

Səhiyyə naziri Oqtay Şirəliyevin oğlunun toyu da səs-küyə səbəb olan toylardan olmuşdu. Dəbdəbəli mərasimin aparıcısı Kamilə Babayeva olub. Toyda Elton Hüseynəliyev, Ədalət Şükürov və başqa müğənnilər ifa ediblər. Mərasimdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva da qonaq kimi iştirak etmişdi.

2015-ci ildə Kəmaləddin Heydərovun kiçik oğlu Nicatın “Buta-Palace”da baş tutan toy mərasimində ölkənin siyasi elitası ilə yanaşı, idmançılar, xarici qonaqlar da iştirak edib. Kəmaləddin Heydərov Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti, “İtaldizain Holding”in baş direktoru, “Cartier”, “Royal Collection” kimi zərgərlik butiklərinin də sahibi Elçin Zeynalovla quda olub. Kəmaləddin Heydərovun böyük oğlunun toyunda olduğu kimi, kiçik oğlunun da toy mərasimində əsasən yerli sənətçilərin və musiqi qrupların iştirak edəcəyi deyilirdi. Ancaq həm də biznesmen kimi tanınan Tale Heydərovun kiçik qardaşının toyuna tanınmış türk və başqa əcnəbi müğənniləri dəvət edəcəyi də istisna olunmurdu.

Bakı Lift İdarəsinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürovanın 400 minlik toyu isə ölkədə ən çox müzakirələrə səbəb olan məclislərdən oldu. Toy mərasimini müğənni Xatirə İslam aparıb. Onunla yanaşı, məclisə Günay İbrahimli, Nurlan Təhməzli və başqa ifaçılar da qatılıb. Asif Məhərrəmov isə hətta cütlüyə ödənişli əsaslarla mahnı da həsr edib. Hətta mətbuatda gedən yazılarda Qüdrət Şükürovun bu səbəbdən vəzifədən alındığı deyilir.

Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin 2015-ci ildə baş tutan yeganə qızı Suad Qarayeva ilə İran əsilli iş adamı Şəhriyarın toy məclisi də müzakirə olunanlar arasındadır. Toyda ifa edən müğənnilərin adı isə mediaya açıqlanmayıb.

2015-ci ildə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun I müavini, general-leytenant Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevin toyu olub. Qəbələdə yerləşən “Qafqaz Riverside” otelində baş tutan toy mərasimində nazir Kəmaləddin Heydərov və bir çox tanınmışlar iştirak edib. Bəy və gəlinin nişan üzüklərini nazir özü taxıb.

2017-ci ildə 3 yüksək vəzifəli məmurun eyni gündə övladlarına toy etməsi də medianın gündəminə çevrilmişdi. Belə ki, həmin vaxt "Azərenerji” prezidenti olan Etibar Pirverdiyev və Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev qız övladlarına, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev isə oğluna eyni gündə dəbdəbəli toy etmişdilər.

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov oğlu Orxan Qurbanovun toy mərasiminində də xeyli şou-biznes nümayəndələri iştirak edib. Toyu tanınmış aparıcılar Emin Musəvi ilə Leyla Əliyeva aparıblar.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsinin toyunda yerlilərlə yanaşı xarici məşhurlar da iştirak edib. Müğənnilər Fərhad Göçər, Murad Boz, rusiyalı aparıcı Valdis Pelş, müğənni Leonid Aqutinlə yanaşı Mustafa Ceceli də olub. Deyilənə görə, onlar Murat Boza 400 min dollar ödəyib. Türk müğənni Bakıya iş adamının şəxsi təyyarəsi ilə gətirilib.

Milli Məclisin deputatı Cavanşir Feyziyev oğlu Orxan Feyziyevə “Four Seasons Hotel Baku” otelində dəbdəbəli nişan mərasimi keçirməsi ilə yadda qalıb. Mərasimdə bir sıra dövlət rəsmiləri, vəzifəli şəxslər, həmçinin, tanınmış müğənnilərdən Gülyaz və Gülyanaq Məmmədova bacıları, Manana və digər incəsənət nümayəndələri də iştirak ediblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu dünən ailə həyatı qurub. O, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Rauf Vəliyevin qızı ilə evlənib. Toyun aparıcılığını Nərgiz Cəlilova edib. Eyni zamanda ölkənin ən tanınmış sənətçiləri – Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Miri Yusif, Əməkdar artist Manana Çaparidze öz ifaları ilə səbəbkarlara təbriklərini çatdırıblar.

Yenisabah.az

Şərhlər

XƏBƏR LENTİ