SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ramiz Zeynalovun qohumunu öldürən şəxs məhkəmə qarşısına çıxarıldı

Ramiz Zeynalovun qohumunu öldürən şəxs məhkəmə qarşısına çıxarıldı

Tarix:

16-11-2019, 09:44

/ 1 070 dəfə oxundu.
Ramiz Zeynalovun qohumunu öldürən şəxs məhkəmə qarşısına çıxarıldı

Bakıda qətl törətməkdə təqsirli bilinən Həmid Babaverdiyev, Rüfət Bünyadzadə, Cahandar Cavadlının cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 25-nə təyin edilib.

İttihama görə, bu il avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə saxlanılıblar. Məlum olub ki, mütəşəkkil dəstənin üzvləri hadisə zamanı F.Məmmədzadənin dostu Ravin Rəhimliyə də xəsarət yetiriblər. Hadisənin baş verməməsinə səbəb isə avtomobillə yol verməmək üstündə yaranan mübahisə zəminində baş verib.

Belə ki, H.Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F.Məmmədzadə ona yol verməsini istəyib. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə sonda kütləvi dava ilə nəticələnib və qanlı cinayətlə yekunlaşıb.

Qeyd edək ki, qətlə yetirilən F.Məmmədzadə Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğludur. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Şərhlər

XƏBƏR LENTİ