SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub

Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub

Tarix:

15-11-2019, 17:57

/ 1 889 dəfə oxundu.
Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub

15 noyabr 2019-cu il tarixdə Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunovun adına olan küçədə onun şərəfinə ucaldılan heykəlin açılış mərasimi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun, Milli Məclisin bir sıra deputatlarının, Müdafiə nazirinin müavini Kərim Vəliyevin, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, Gənclər və İdman Nazirliyinin nümayəndələrinin, Azərbaycan Respublikasında akkreditasiya olunmuş bir sıra xarici ölkələrin səfirliklərinin nümayəndələrinin, Xalq rəssamı - Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun, Dünya Dini Liderlərinin II Bakı Sammitinə gəlmiş bəzi fəxri qonaqların, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyinin, həmçinin Dağ Yəhudiləri Dini İcmasının rəhbərinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə Azərbaycanı sevən insanların qəlbində yaşayacaq.
Müdafiə nazirinin müavini Kərim Vəliyev bildirib ki, Albert Aqarunov qısa, lakin dəyərli ömür yaşayıb: "Albert hər gün ölümün üzünə dik baxıb. Bunun özü bir şücaətdir. Albertin harada doğulması, hansı milliyyətdən olması önəmli deyil.
Açılış mərasimində iştirak etmək üçün İsraildən Bakıya gəlmiş Milli Qəhrəman Albert Aqrunovun qardaşı Rantik Aqarunov qardaşını unutmadıqlarına görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.
Qeyd edək ki, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən "yəhudi buterburodu" adını alıb. A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub


Şərhlər

XƏBƏR LENTİ