SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Nəcməddin Sadıqov orduya ziyan vuran genarallardandır -İstefaya getsin"

"Nəcməddin Sadıqov orduya ziyan vuran genarallardandır -İstefaya getsin"

Tarix:

7-11-2019, 15:27

/ 5 752 dəfə oxundu.
"Nəcməddin Sadıqov orduya ziyan vuran genarallardandır -İstefaya getsin"

Nəcməddin Sadıkovu da istefaya çağırdılar...
Son günlər yaşlı məmurların istefaya göndərilməsi media və sosial şəbəkələrdə də müzakirəyə səbəb olub. Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovdan sonra Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin istefaya göndərilməsindən sonra bir neçə məmurun da istefaya göndilməsi ilə bağlı iddialar səslənidirib.

Bu arada hüquq müdafiəçisi, jurnalist Samir Kazımlı Azərbaycan Silahlı qüvvvələrinin baş qərargah rəisi Nəcməddin Sadıkovu istefaya çağırıb.

PİA.az xəbər verir ki, bu barədə Samir Kazımlı sosial şəbəkədə yazıb. O bildirib ki, Sadıqov orduya ziyan vuran genarallardandır: “İşdən çıxarılmalı əsas şəxslərdən biri də Nəcməddin Sadıkovdur. Orduya ən çox ziyan vuranlardandır o”, – hüquq müdafiəçisi bildirib.

Nəcməddin Hüseyn oğlu Sadıkov 1956-cı ildə Dərbənd şəhərində anadan olub. 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbini bitirib.

1979-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində tağım, bölük, tabor komandiri və alay komandirinin müavini vəzifələrində xidmət edib. 1985-1988-ci illərdə Moskva şəhərindəki Frunze adına Hərbi Akademiyada təhsilini davam etdirib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib.

26 ildir ki, Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsini icra edir.

Şərhlər

XƏBƏR LENTİ