XalqXəbər.Az

Tahir Budaqov niyə səhiyyə naziri kürsüsünə gedən yola öz əli ilə mina basdırdı...?

Tahir Budaqov niyə səhiyyə naziri kürsüsünə gedən yola öz əli ilə mina basdırdı...?
25-10-2019, 00:09

Prezidentin "Ahıllar klubu"nda apardığı "budama" əməliyyatı cəmiyyətdə, media və sosial şəbəkələrdə fərqli ovqat yaradıb. Hamı təvəllüd axtarışına çıxıb və məmurların, deputatların arasında yaşı 70-i keçmiş və ya yetmişi haqlamış potensial namizədlərin siyahısı hər yanı bəzəyib.

Haqlı olaraq bir çox insan bu təmizləmə əməliyyatının sadəcə yaş həddi ilə məhdudlaşmamalı olduğunu vurğulayır və sual edilir ki, hətta yerli və ya mərkəzi icra hakimiyyəti orqanlarında yaşı 50-60 aralarında kreslo zəbt etmiş elə məmurlar var ki, onları da bir an belə tərəddüd etmədən fəxri istirahətə yollamaq lazımdır.

Son günlər adı daha çox çəkilənlərdən biri də səhiyyə naziri Oqtay Şirəliyevdir və prezident İlham Əliyevin nazir kimi onun fəaliyyətindən narazı olduğunu, hətta bunu bir neçə dəfə dilə gətirdiyini qabardan bəzi təhlilçilər bu dalğada səhiyyə naziri kreslosuna da yeni şəxsin gələ biləcəyini iddia edirlər. Elə buna görə də media əhli və sosial şəbəkə patriotları yeni səıhiyyə naziri "axtarış"ına çıxıblar.

Təbii ki, həmişə olduğu kimi bu dəfə də Statistika Komitəsinin sədri Tahir Budaqovun adı ən çox hallananlar sırasındadır. Amma ölkədəki növbəti siyahıyaalma zamanı onun rəhbərlik etdiyi qurumun gerçək səriştəsizliyi üzə çıxandan sonra bir neçə gündür ki, sosial şəbəkələrdə Tahir Budaqovun siyahıyaalma kampaniyasının məsxərə predmetinə çevrilməsi onun səhiyyə naziri kreslosuna gedən yola mina basdırmış oldu. Külli miqdarda vəsait ayrılmasına baxmayaraq Statistika Komitəsinin yarıtmaz siyahıyaalma kampaniyasına ən sərt mövqeni isə keçmiş maliyyə naziri, tanınmış iqtisadçı alim, professor Saleh Məmmədov sərgilədi. O, Moderator.az-da yazdığı təhlili yazısı ilə (həmin yazı ilə bu linkdən tanış olmaq olar: https://www.moderator.az/news/294106.html) obrazlı ifadə etsək, Tahir Budaqovun olan-qalan karyera gözləntilərini birdəfəlik dəfn etmiş oldu.

Ona görə də Tahir Budaqova bunca rəzalətdən sonra yenidən etimad göstərilməsi dünyanın səkkizinci möcüzəsi kimi qarşılanar. Məhz buna görə də əminliklə iddia etmək olar ki, Tahir Budaqov həzrətlərini gələcəyin səhiyyə naziri kimi görmək məmləkət insanına nəsib olmayacaq. Amma kim bilir, hər şey mümkündür...

Moderator.azскачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.