SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vilayət Eyvazov daha bir generalı vəzifəsindən azad etdi

Vilayət Eyvazov daha bir generalı vəzifəsindən azad etdi

Tarix:

17-10-2019, 14:50

/ 1 201 dəfə oxundu.
Vilayət Eyvazov daha bir generalı vəzifəsindən azad etdi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydərov Heydər vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, H.Heydərov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat olunmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a faktı təsdiqləyiblər.

Şərhlər

XƏBƏR LENTİ