SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Reket jurnalistika ” nı maliyyələşdirən məmurlar kimlərdir? - SİYAHI

"Reket jurnalistika ” nı maliyyələşdirən məmurlar kimlərdir? - SİYAHI

Tarix:

17-10-2019, 13:13

/ 977 dəfə oxundu.
"Reket jurnalistika ” nı maliyyələşdirən məmurlar kimlərdir? - SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev sonuncu müşavirədə səsləndirdiyi “Hökümətin bəzi üzvləri digər üzvlər tərəfindən şantaj edilir, bu, dözülməzdir...” fikirləri artıq ciddi müzakirə mövzusuna çevrilib.
Faktaz.com olaraq prezidentin səsləndirdiyi fikirləri bir daha diqqətinizə çatdırırıq.
“ Bu gün iqtidarda olan bəziləri də islahatara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15- də keçirdiyi iqtisadi müşavirədə deyib. Dövlət başçısı bildirib ki, onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər.” İslahatlara meyilli olan , yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda.
Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm.
Amma bildirməliyəm , bu , dözülməzdir, bir hökümətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir.
Onlar ləkələnir.Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır.Dözülməz vəziyyətdir.Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq , səhv edir.Çünki, islahatlara alternative yoxdur. Kim bu yolun yolçusudursa , əlbəttə , işləyəcək.Amma kim buna qarşı çıxır və altdan – altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik.
Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin.Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir , sürətlə inkişaf edən , şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz. Bəli son illər ölkə mətbuatında ciddi proseslər baş verirvə bu hal “ reket jurnalistika” nın başqa bir formasına çevrilib.
İllər əvvəl Mətbuat Şurasının mübarizə apardığı “ reket “jurnalistlər hansısa məmurdan yazıb pul tələb edirdisə, hazırki “reket” lər konkret məmurlar tərəfindən maliyyələşir və bu da daha ciddi fəsadlar yaradıb desək yanılmarıq.
Bir neçə fakt göstərmək yerinə düşər ki, oxucular və aidiyyatı qrumlar nə baş verdiyini çılpaqlığı ilə anlasın.
İllər öncə Mətbuat Şurası adlı qrum “reket jurnalistika “ ifadəsini ortaya atankən arxada ciddi fəsadların olacağını düşünməmişdir.
O zaman tanınmış jurnalistlər bu ifadənin tamamilə yalnış olduğunu və mübarizə üsulunun fərqli formada aparılmasını təklif etmişdir. Lakin o zamanlar bəzi qüvvələr buna qarşı çıxaraq bu adı bir qədər də biabırçılaşmasına çalışırdı. Hətta açıq aşkar dəstək verirdilər ki, “reket jurnalistika “ ifadəsi dillərdə əzbər olsun. Sizcə səbəb nə idi? Niyə belə edirdilər? Çünki, bu dəstəyi verən şəxslərin tamam başqa planları var idi. “Reket Jurnalistika “ adı altında öz qara piyarlarını həyata keçirmək və nüfuzlarını qorumaq , öz bizneslərini daha da böyütmək üçün qarşılarında dayanan məmurları , qanunları iflic etmək. Bəli, bu məmurların planı demək olar ki, peşəkarlıqla baş tutdu və bu gün 100 – lərlə sayt az maliyyə ilə media bazarında “ reket jurnalistika “ çətiri altında sağda- solda at oynadır.
Bu saytlar nə yazır? 2-3 min oxucusu olan , hər ay məmur dəstəkçiləri tərəfindən az məbləğdə maliyyələşən əsasən bu electron KİV –lərin kimə və nəyə lazımlığı ilə bağlı suallar artıq kecikib. Artıq onlar tam oturuşmuş və əllərində böyük komanda olan təklükəyə çevriliblər.
Üstəlik bu KİV –lərə ayda 100 minlər xərclənən saytlar dəstək verir. BU danılmaz faktlardır və illərdir mərbuatda olanlar bu faktları tamlığı ilə bilir.
Elə isə cavabını da bildiyimiz daha bir sual. Konkret pul verilərək “REKET MƏTBUAT” ordusu saxlayan məmurlar hansılardır?
Bu məmurlar ölkənin hansı sahəsini manapolyada saxlayır?
Onların maliyyə verdiyi saytlar bu məmurlara nə verir?
Bu saytların rəhbərləri junalistika ilə məşğul olmaq istəyən əsl jurnalitləri necə ləkələməyə çalışır?
Bu saytların rəhbərlərinin jurnalistika savadı varmı?
Bir xəbər yaza bilirlərmi?
Əlində çoxsayda “reket mətbuat “ ordusu yaradan məmurlar hansılardır?
Budəfə onlardan bir neçəsi barədə məlumat verəcəyik.
1.Fövqəladə Hallar Naziri Kamələddin Heydərov. Uzun illərdir media baronu olaraq tanınır. Nəzarətində 30- dan artıq saytın fəaliyyət göstərdiyi danılmazdır.Adı ölkə mətbuatında dəfələrlə “Azəri Press” Agentliyi ( APA ) , Lent.az , Publika.az, Bizimyol.info, Axar.az kimi saytları maliyyələşdirən nazir olaraq tanınır.Heydərovun nəzarətində həmçinin 10 – larla idman , şou saytları mövcuddur.

2. “Azərbaycan Dəmir Yolları “ Qapalı Səhimdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur.Əlində 10-larla sayt cəmləşdirən Qurbanov bu işi daha gizlin görməkdə birinci yeri tutur.Əsasən öz yerlilərini -kəlbəcərli dostlarının dəstəyindən yararlanan QSC sədrinin əsas dəstək verdiyi Mdern.az saytı olduğu deyiir.Məlumata görə , Qurbanov bu sayt vasitəsilə istənilən məmuru qorxuya sala bilir. Siyahıda Azvision.az, Gununsesi.org , Salamnews.az, Moderator.az, Avtosfer.az və sairə saytlarının olması barədə məlumat var.
3.Özünə böyük medi şəbəkəsi yaradan və bunu bacardığı qədər qapalı saxlayan məmurlardan biri də Azərbaycan Respublikasının Serbiya Respublikasında , Monteneqroda və Bosniya və Hersoqovinyada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdur.Mətbuatda yayılan məlumatlara inansaq Eldar Həsənov bu medianı sabiq nazir Ziya Məmmədovun dəstəyi ilə saxlayır.
Kifayət qədər ciddi siyasi təcrübəyə malik olan Eldar Həsənovun adı Azərbaycanda yüksək vəzifə sahibi olmaq üçün can məmurlardan biri kimi çəkilib.Təbii ki, əlindəki bu “reket”mətbuatdan siyasi məqsədlər üçün istifadə edir desək yanılmarıq. Məlumata görə , Eldar Həsənovun əlindəki ən böyük media qurum “ Yenicağ.az” media şəbəkəsinin olduğu barədə ciddi məlumatlar da mövcuddur.
Bir sözlə , Azərbaycanda əlində “reket” ordusu saxlayan onlarla məmurun olduğu bu gün bir daha təstiqləndi. Artıq vəziyyət o həddə çatıb ki, bu məmurlar eyni hökümətdə təmsil olan digər üzvləri belə şantaj etməkdən çəkinmirlər. Üstəlik Prezident İlham Əliyevin bu məsələyə toxunması vəziyyətin həqiqətəndə ciddi olduğunu ortaya qoydu. Yəqin ki, indi aidiyyatı qrumlar bu saytların kimlər tərəfindən maliyyələşdirildiyini və hansı məqsəd üçün yaradıldığını araşdırmağa başlayacaq.Prezidentin bu çıxışı məhz bu qrumlara “ARAŞDIRIN “ tapşırığı demək idi. Üstəlik mətbuata nəzarət edən , ciddi problemlər yoxdur deyən şəxslər, əsasən də MŞ sədri , millət vəkili Əflətun Amaşov axır ki, bu saytların fəaliyyətini nəzarətə götürməlidir.
Faktaz.com

Şərhlər

XƏBƏR LENTİ