SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fədayə Laçınla birlikdə həbs edilən polkovnik azadlığa çıxdı

Fədayə Laçınla birlikdə həbs edilən polkovnik azadlığa çıxdı

Tarix:

16-10-2019, 16:47

/ 916 dəfə oxundu.
Fədayə Laçınla birlikdə həbs edilən polkovnik azadlığa çıxdı

Dustaqların qaçmasına görə həbs edilən polkovnik azadlığa çıxıb.

Musavat.com-a istinadən xəbər veririk ki, səs-küylü işə görə həbs edilən Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev oktyabrın 5-də azadlığa buraxılıb.

2017-ci ildə həbs edilən polkovnik cəzasının 2/3 hissəsini çəkdiyi üçün azadlığa buraxılıb. Polkovnik 1 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Bəhruz Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi isə ötən ay polkovnikin cəzasını 3 ilə endirmişdi.

Şərhlər

XƏBƏR LENTİ