XalqXəbər.Az

Müəllimə Eldar Quliyevdən Birinci vitse-prezidentə şikayət ünvanladı – “Kömək edin”

Müəllimə Eldar Quliyevdən Birinci vitse-prezidentə şikayət ünvanladı – “Kömək edin”
14-10-2019, 09:20

Bakı şəhəri Binəqədi rayonu ev 7b mənzil 54 ünvanında yaşayan, Bakı Biznes və Kooperasiya Kollecinin ingilis dili müəllimi Kərimova Sevda Davud qızı tərəfindən Bizimxeber.az-ın elektron ünvanına müraciət daxil olub. 57 yaşlı müəllimə Kollecdə ona qarşı edilən qanunsuzluqlar və haqsızlıqdan şikayətçidir və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyir…

Reaksiyaya daxil olan elektron müraciəti olduğu kimi təqdim edirik. Müraciət Sevda Kərimovla telefon danışığı zamanı təsdiqlənib və müəllimə hasız olaraq ona qarşı prblem yaradıldığını bildrir.

Hörmətli Mehriban xanım!

Sizdən şox xahiş edirəm müəlliməni nəzərdən kənarda qoymayın. Bu tədris ilində mənə dərs yükü verilməyib və pozulmuş hüququmun bərpa olunmasında mənə kömək etməyinizi Sizdən xahiş edirəm.

Mən Kərimova Sevda Davud qızı 1962-ci il təvəllüdlü, (57 yaş) 1997-i ildən Bakı Biznes və Kooperasiya Kollecində ingilis dili müəllimi işləyirəm. 2019-cu ilin iyun ayının 28-də Dil və Ədəbiyyat fənn birləşməsinin sədri N.Babayeva mənə bildirdi ki, 2019-2020-ci tədris ili üçün Sizə dərs verilməyəcək. (səbəbsiz)

Səbəbini bilmək üçün kollecin direktoru millət vəkili Eldar Quliyevin qardaşı qızı Fatimə Quliyevanın qəbuluna düşə bilmədim. Ona görə Kooperasiya Universitetinin rektoru millət vəkili Eldar Quliyevin qəbuluna getdim. O da qəbul etmədi, amma Eldar Quliyevin müşaviri Qara müəllim rektorla danışdıqdan sonra mənə bildirdi ki, narahat olmayın. İyul 1-dən Kollec Universitetin nəzninə keçiriləcək və biz sizə dərs yükü verəcəyik.

Əlbəttə Fatimə Quliyeva bunu eşidən kimi qəzəbləndi ki, onun sözü keçməyib və dedi ki, ingilis dili müəllimlərini İELTS və TOEFL üzrə imtahan edəcəm. Biz ingilis dili müəllimləri ümumi profil üzrə ixtisaslaşmış müəllimlərik. Keçən il bizi imtahan etmişdilər öz profilimiz üzrə və mən öz balımı toplamışdım. Nədənsə hər il ingilis dili müəllimləri imtahan olunur.

Avqust ayının 8-dən başlayaraq (biz qanuni məzuniyyətdəydik) ingilis dili müəllimlərini narahat etməyə başladılar ki, ayın sonunda imtahandır. İyulun 8-dən sentyabr ayının 5-ə kimi məzuniyyətdəyik. İmtahan sentyabrın 6-7 keçirildi. Təzyiqim olduğu üçün imtahanda iştirak edə bilmədim. (Əmək qabiliyyəti olmaması vəsiqəsi) Dövlət poliklinikası tərəfindən verilmişdir. Sonra mənim üçün imtahan sentyabr 25 tarixinə keçirildi. İmtahanda iştirak etdim. Fatimə Quliyev, müavini Vaqif Mahmudov mənə dönə-dönə dedi ki, bu imtahan səviyyənin yoxlanılması üçündür. Hamıya dərs veriləcək. Sizə də həmçinin.

İmtahan dörd mərhələli idi, İELTS və TOEFL üzrə. Mən imtahanı yaxşı yazdım. Bütün bu proseslər ərəfəsində Fatimə Quliyeva birinci imtahanda iştirak etmədiyimə görə, dəfələrlə məni təhqir etmiş, 57 yaşım olmasına baxmayaraq, hörmətsiz yanaşır (40 yaşı var), məni və ailəmi təhqir edir, sizin başınız çatmır, gedin başınızı həkimə göstərin. Səbəbi isə 1-ci imtahanda iştirak etməməyimdir.

Fatimə Quliyeva 2-ci dəfə mənim üçün imtahan olanda elə bilmişdi ki, mən də o biri müəllimlər kimi ağ vərəq verəcəm. Bu belə olmadığı üçün o çox hirisləndi və dedi ki, mən birinci imtahana gəlmədiyiniz üçün onu aktlaşdırıram. Deyirəm ki, əlimdə sənədim var.

Məni təhqir edir, alçaldır, pis-pis sözlər deyir. Mən isə hər dəfə onun kabinetinə daxil olanda ancaq ondan rica etmişəm, xahiş etmişəm ki, mənə dərs yükü versin. O isə mənə bildirir ki: “Özəldir, özüm bilərəm kimi işlədərəm, kimi çıxardaram, get kimə istəyirsən şikayət et: milli məclisə, məhkəməyə, hətta prezidentə, birinci xanıma. Mən heç kəsdən qorxmuram”.

Fatimə Quliyeva məni təhqir etdikdə mən onun əmisi deputat Eldar Quliyevin qəbuluna düşmək istədim. Köməkçisi onunla danışdıqdan sonra mənə bildirdi ki, get Fatimə xanımın ayaqlarına düş yalvar, yaxar sənə dərs versin. Müəllim kimi 30 illik stajım var. Tək qadınam. Gəlirim heç yerdən yoxdur. Pensiya almıram. Bir millət vəkili öz işçisini səbəbsiz dərs yükü vermir. Mən onlardan təhqirdən başqa heç nə eşitməmişəm. Həmişə müxtəlif səbəblər gətiriblər:

1)Siz imtahanda iştirak etməmisiz

2)Siz məni saymırsız.

3)Siz məndən sentyabr ayının 16-da dərs yükü istəmisiz

4)Və sonda mənə bildirib ki, baxmayaraq ki, Siz imtahan vermisiniz mən Prisipial Sizə dərs yükü vermirəm.

5)Heç kəsi saymıram, nə dövlət, nə də onun qanunu mənə aiddir. Özələm, nə istəyirəm edirəm.

Oktyabrın 9-da mənə Kollecimizin dərs hissə müdiri Zakir müəllim 250 m məvaciblə laborant vəzifəsinə keçməyimi təklif etdi. Mən səbəbini öyrəndikdə səbəb göstərə bilmədi. Məni müddətli müqavilə ilə laborant işinə götürüb, işdən azad etmək istəyirlər. Mən isə buna razılaşmadım.

Eldar müəllim Fatimə Quliyevanın sözündən çıxmır, hərçənd Kollec Universitetin nəznindədir. Qərarları o verməlidir. Millət vəkili Eldar Quliyevin dəfələrlə qəbuluna düşmək istəmişəm, məni qəbul etməyib. Millət vəkili xalq tərəfindən seçilib, xalqa kömək üçün. Eldar Quliyev isə öz işçisini tanımaq və qəbul etmək istəmir.

Baxmayaraq ki, Eldar Quliyev Kolleci Universitetin nəzninə keçirib (1iyul 2019), qərarları o vermir. Mən sentyabr ayının maaşını almamışam. Müddətsiz müqavilə ilə 1992-ci ildən işləyirəm. Adım işdə gedə-gedə mənə maaş verilmir. Saat hesabı müəllimə 800 saat dərs yükü verilib, 2 yeni ingilis dili müəlliməsi işə götürülüb, onlara da 800 saat dərs yükü verilib. Mənim isə dərs saatım yoxdur.

Xahiş edirəm mənə köməklik edin, mənə dərs yükü verilsin.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.