SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Daha bir yeni məmur yol üstündədir... - Mədət Quliyevlə Novruz Məmmədovdan sonra...

Daha bir yeni məmur yol üstündədir... - Mədət Quliyevlə Novruz Məmmədovdan sonra...

Tarix:

9-10-2019, 10:16

/ 1 058 dəfə oxundu.
Daha bir yeni məmur yol üstündədir... - Mədət Quliyevlə Novruz Məmmədovdan sonra...

Dünən Prezident İlham Əliyevin baş nazir postunda etdiyi dəyişiklik böyük rezonans doğurdu desək, yanılmarıq. Hər halda belə bir mühüm vəzifədə müşahidə olunan dəyişiklik müzakirə olunmalı idi... əgər gözlənilmədən baş verirsə...

DİA.AZ-a hökumtədəki mötəbər mənbələrdən daxil olan informasiyada qeyd olunur ki, əslində gözlənilməzliklər seriyası davamlı ola bilər. Yəni daha bir yeni kadrın görəvdən alınması söz konusudur.

Mənbənin dia.az-a söylədikləri: "Vaxtından əvvəl, daha dəqiqi, gözlənildiyindən erkən baş verəcək daha bir kadr islahatı tədarükü hiss olunur. Söhbət Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən gedir".

Qeyd edək ki, bu postu tutan Fuad Muradovun işində yol verdiyi nöqsanları ciddi şəkildə bir dövlət olaraq hiss etməkdədyik. Məhz diaspora işimizdəki axsamalar səbəbindən bu gün bir çox istiqamətlərdən dövlətin əlavə təzyiqə məruz qaldığı faktlarla ictimailəşdirilir.

Bütün bunları xatırlada mənbə bildirir ki, diaspora sahəsindəki əsksikliyin məhz yeni islahatla aradan qaldırılması planlaşdırılır: "Novruz Məmmədova qədər Mədət Quliyev DTX rəhbərliyindən alındı. Yəni yeni kadrlarla bağlı verilən qərarın ilki deyildi bu. Va davamı da gözlənilir. İndi isə sırada Fuad Muradovdur".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

Şərhlər

XƏBƏR LENTİ