SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezident şəhid ailəsinin toy dəvətini qəbul etdi: Vaxtını deyərsiniz (FOTOLAR)

Prezident şəhid ailəsinin toy dəvətini qəbul etdi: Vaxtını deyərsiniz (FOTOLAR)

Tarix:

9-10-2019, 10:09

/ 657 dəfə oxundu.
Prezident şəhid ailəsinin toy dəvətini qəbul etdi: Vaxtını deyərsiniz (FOTOLAR)

Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Sonra dövlətimizin başçısı və birinci xanım Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində oldular. Bildirildi ki, dördotaqlı mənzil bütün mebellərlə təchiz olunub.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəridə Cabbarovanın ailə üzvləri ilə görüşüb söhbət etdilər.

Fəridə CABBAROVA: Mən bir şeyi də qeyd edim ki, Sizin şəhid ailələrinə birdəfəlik 11 min manat yardımınız demək olar, subay olan bir çox şəhid övladlarına dəstək oldu. İnşallah, bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz.

Prezident İlham ƏLİYEV: Təbrik edirəm bəri başdan. Allah xoşbəxt eləsin.

Birinci xanım Mehriban ƏLİYEVA: Artıq bilirsiniz nə zaman olacaq?

Prezident İlham ƏLİYEV: Tarixi məlumdur?

Fəridə CABBAROVA: Bəli, deyərik.

Prezident İlham ƏLİYEV: Mehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik.

Birinci xanım Mehriban ƏLİYEVA: Böyük məmnuniyyətlə gəlib iştirak edərəm.

Prezident İlham ƏLİYEV: Bilirsiniz ki, Mehriban xanım da bu məsələ ilə çox ciddi məşğuldur. Onun yeni fəaliyyət dövründəki ilk tədbiri məhz məcburi köçkünlərin problemlərinə həsr edilmişdir. Bu məsələni daim diqqətdə saxlayır və bu şəhərciklərin ərsəyə gəlməsində də onun böyük əməyi vardır.

Fəridə CABBAROVA: Bəli, biz onu bilirik. Mehriban xanım keçən dəfə də buraya gəlmişdi. Hətta onu o qədər öpdülər ki, mən dedim, ay Allah Mehriban xanımın nə qədər səbri var. Çox sağ olsun, Mehriban xanımın da gördüyü işlər danılmazdır. Hər ikinizə minnətdarıq, Allah Sizləri Azərbaycana çox görməsin. Həmişə Sizi bir yerdə görək, ölkəmizin başında olasınız və xalqımız Sizinlə daim fəxr etsin, qürurlansın.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm.

Elxan QASIMOV: Yeni evimizdə ilk qonaq Siz olduğunuz üçün çox sağ olun. Sizin sözləriniz bizə ruh verir. Biz Sizin rəhbərliyinizlə Qarabağı azad edəcəyik, səhhətimdə problem olsa da, Sizin hər bir əmrinizə hazıram. Sağ olun.

Fəridə Cabbarovanın nəvəsi: Doroqoy Prezident, ya vas uvajayu i vas lyublyu.

Fəridə CABBAROVA: Birinci sinfə gedir, rus dilində oxuyur.

Prezident İlham ƏLİYEV: Çox gözəl. Sağ olun.




Şərhlər

XƏBƏR LENTİ