SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Baş redaktorun övladlarının faciəli ölümündən 8 il keçir

Baş redaktorun övladlarının faciəli ölümündən 8 il keçir

Tarix:

7-10-2019, 23:45

/ 734 dəfə oxundu.
Baş redaktorun övladlarının faciəli ölümündən 8 il keçir

Vasif Turan 8 ildir davam edən istintaqın hələ də nəticə vermədiyini deyir

Tanınmış jurnalist, BTV onlayn telekanalının və Bolgexeber.com saytının rəhbəri Vasif Turanın övladlarının faciəvi şəkildə dünyalarını dəyişməsindən 8 il keçir. Söhbət 8 il əvvəl, 7 oktyabr 2011-ci ildə Qobu qəsəbəsində baş verən dəhşətli yanğın hadisəsindən gedir. O yanğın ki, 9 yaşlı Rüfətlə, 11 yaşlı Əhməd yanaraq, tələf olmuşdular.

Bu məşum və dəhşətli gecədə Vasif Turanın Qonudakı evində qəfil yanğın hadisəsi baş verib. Yaxınlıqda yaşayan qayınanası gilə həyat yoldaşı ilə birlikdə gedən baş redaktor heç 10 dəqiqə keçməmiş evinin yandığı xəbərini alır. Həmin müdhiş anı Vasif Turan belə xatırlayır: “Həyat yoldaşımla birlikdə qayınanam gilə getmişdik. Evlərimiz arasında məsafə də elə uzaq deyildi. Rayondan bizə sovaq göndərmişdilər. Onun almaq üçün getmişdik. Heç 10 dəqiqə deyildi ki, qayınanam gilə çatmışdıq ki, xəbər gəldi evimiz yanır. Təcili geri döndük, uşaqlar evdəydi. Onları yatırdıb çıxmışdıq. Bizim geri dönüşümüz də ən çoxu 5 dəqiqə çəkərdi. Evə yetişəndə gözlərimə inanmadım. Çünki qısa müddətdə evin bu qədər sürətlə yanması mümkün deyildi. Uşaqları çıxarmağa çalışdıq. Dəfələrlə evə girmək istədim. Əllərim, qollarım yandı. Amma…”
Baş redaktorun övladlarının faciəli ölümündən 8 il keçir
Özünü saxlaya bilmir. Büllur kimi göz yaşları yanaqlarından axıb tökülür. O anı danışdıqca həmin halı bir də yaşadığını deyir. Bir an belə hadisəni unuda bilmədiyini deyir. Vasif Turan deyir ki, övlad itkisinin acısı onu tez qocaltdı. “Mən müharibə görmüş adamam. Ən ağır döyüşlərdə olmuşam. Yaralanmışam. İtkinin nə olduğunu hələ gənckən bilirdim. Amma övlad dərdi başqa bir dərddir. Heç cür qaldırmaq olmur”.

Baş redaktor deyir ki, Rüfətlə Əhməd o qədər uşaq deyildilər ki, yanğın baş verdiyi halda evdən çıxa bilməsinlər. Üstəlik, Əhməd taekovando ilə məşğul olurmuş və onun pəncərədən aşaraq evdən çıxa bilməsi mümkünsüz görünür. “Evin qısa müddətdə yanması, uşaqların evdən çıxa bilməməsi, evin qapısının arxadan bağlı olması, ondan əvvəl təhdid olunmağım və digər hallar yekunda o qənaətə gəlməyimə səbəb oldu ki, bu mənə və övladlarıma qarşı törədilmiş terrordur. Tam əminliklə deyirəm ki, evimi qəsədən yandırıblar. Bunu istintaq dönəmində də israrla bildirmişəm. Bu gün də həmin qənaətdəyəm”.
Baş redaktorun övladlarının faciəli ölümündən 8 il keçir
Vasif Turan 8 ildir davam edən istintaqın hələ də nəticə vermədiyini deyir.
İstintaqın nəticəsindən narazı qalan baş redaktor bu yaxınlarda baş prokurora müraciət edib

Bildirək ki, baş vermiş ağır faciə ilə bağlı cinayət işi açılmış, lakin ötən bu illər ərzində hadisənin başvermə səbəbləri hələ də naməlum qalmaqdadır. Bu günlərdə isə məlum olub ki, sən demə, cinayət işinə hələ 2012-ci ilin avqustundan xitam verilib və bununla da 2 körpənin ölümünə səbəb olmuş ağır cinayət hadisəsilə bağlı işin istintaqı yekunlaşmışdır.
Baş verənlərlə bağlı açıqlama verən Bolgexeber.com saytının baş redaktoru Vasif Turan cinayət işinə gizli şəkildə xitam verilməsilə barışmayacağını bildirib.
İstintaqın nəticəsindən narazı qalan baş redaktor baş prokurora müraciət edib.“Mənim çoxsaylı müraciətlərimdən sonra sözügedən cinayət işi araşdırılmaq üçün Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsindən alınaraq Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İşlər İdarəsinə verilmişdi. Həmin müddətdə cinayət işinin araşdırılmasını müstəntiq Mehdi Mirzəyev aparıb. İlkin istintaq hərəkəklərindən sonra məsələnin nə yerdə olduğu ilə bağlı maraqlandığımızda bizə hər dəfə narahatlığa səbəb olmadığını, istintaqın davam etdiyini bildiriblər. Bu minvalla üstündən altı ildən çox zaman keçib. Cinayət işinin aqibəti ilə bağlı sonuncu müraciətimdən sonra isə əsl şok yaşadım. Belə ki, mənə cinayət işinin araşadırılmasına hələ 2012-ci ildən xitam verildiyi bildirilib. Maraqlıdır ki, bununla bağlı mənə və vəkilimə heç bir məlumat verilməyib, bizə cinayət işininə xitam verilməsilə bağlı aktı isə təkidli müraciətlərimizdən sonra, yalnız 28.09.2018-ci il tarixində təqdim olunub. Amma ötən bu illər ərzində bizə cinayət işinin davam etdirilməsinə dair həqiqətdən uzaq açıqlamalar verilib. Sual olunur, cinayət işinə 2012-ci ildən xitam verilibsə bu mənə niyə 6 ildən sonra – 2018-ci ildə, həm də təkidlli müraciətlərimdən sonra deyilir?”
Baş redaktor bu hüquqi nonsenslə bağlı bütün müvafiq orqanlara müraciət edəcəyini və məsələnin yenidən obyektiv şəkildə araşdırılmasına çalışacağını bildirib. Bununla bağlı baş prokuror Zakir Qaralova müraciət ünvanladığını bildirən jurnalist məsələnin ədalətli həllinə hələ də ümidvar olduğunu bildirib.
Sonda bildirək ki, jurnalistin evinin yandırılması və nəticədə 2 azyaşlı övladının yanaraq ölməsi ilə bağlı məsələ diqqətimizdədir və mövzuya yenidən qayıdacağıq.

Şərhlər

XƏBƏR LENTİ