SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » BDU-ya iki yeni prorektor təyin edilib

BDU-ya iki yeni prorektor təyin edilib

Tarix:

5-10-2019, 13:04

/ 1 122 dəfə oxundu.
BDU-ya iki yeni prorektor təyin edilib

Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.

Universitetdən "Report"a verilən məlumata görə, rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Çoban oğlu Ağamirzəyev Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib.

Ali məktəbin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə isə Şahin Məhəmməd oğlu Pənahov təyinat alıb.

Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova isə universitetin Xarici dillər kafedrasında pedaqoji fəaliyyətini davam etdirmək məqsədilə öz arzusu əsasında tutduğu vəzifədən azad olunub.

Şərhlər

XƏBƏR LENTİ